Maqsud Mahmudovun növbəti məhkəmə prosesi davam etdirilib

Bakı Ağır Cinayətlər Məhkəməsində Ukraynada tutularaq
Azərbaycana gətirilən iş adamı Maqsud Mahmudovun barəsindəki
cinayət işi üzrə növbəti məhkəmə prosesi davam etdirilib.

AzerTimes-ın məlumatına görə, hakim Faiq Qəniyevin sədrliyi ilə
keçirilən prosesdə ifadə verən Mahir Əliyev bildirib ki, İnqlab
küçəsində Maqsud ona obyekt satıb.

“Obyektin aylıq icarəsinə ayda 8 min manat istəyirdi. Maqsudun
adamları qiymət dedi. Obyekti 310 min dollara satdı. Aslan
Qəhrəmanov dedi ki, obyekt mənimdir, Maqsud satır. 3 ay sonra
dedilər ki, bizi məhkəməyə verib obyekti geri qaytarmaq istəyir.
Mən də Maqsuddan pulumu tələb elədim. Bizə and içdi ki, pulu
verəcək. Sonra pulu vermədi, obyekt də qaldı özümüzə. Yoldaşı bizi
obyektə görə məhkəməyə verdi”, – deyə şahid bildirib.

Qeyd edək ki, Cinayət Məcəlləsinin 178.3.2 (dələduzluq külli
miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə Daxili İşlər
Nazirliyi tərəfindən beynəlxalq axtarışa verilmiş Mahmudov Maqsud
Soltan oğlu 2021-ci ilin iyul ayında Ukrayna ərazisində
tutulub.
O, sentyabrın 18-də Ukraynadan Azərbaycana gətirilərək istintaqa
təhvil verilib.
İstintaq dövründə onun barəsində xüsusi dəyəri olan əşyaları talama
maddəsi ilə ittiham irəli sürülüb.

İş üzrə 90 nəfər zərərçəkmiş var.

Teqlər: