Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Zaporojye atom elektrik stansiyasına missiya göndərmək üçün Rusiya və Ukraynadan təhlükəsizlik zəmanəti alıb.
AzerTimes xəbər verir ki, bu sözləri Fransa Prezidenti Emmanuel Makron deyib.
“Bir gün əvvəl MAQATE-nin baş direktoru Rafael Qrossi ilə görüşdüm, bu yaxınlarda Rusiya və Ukrayna prezidentləri ilə danışdım. Biz Ukrayna və Rusiya tərəflərindən təhlükəsizlik zəmanəti almışıq. İndi MAQATE-nin missiyası orada yerləşdirilə bilər, bu müstəqil missiya qorunacaq”, – Makron bildirib.