MAQATE rəhbəri İrana səfər edəcək

MAQATE rəhbəri İrana səfər edəcək

Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) rəhbəri Rafael Qrossi yaxın vaxtlarda İrana səfər edəcək.

AzerTimes xəbər verir ki, bu barədə MAQATE rəhbəri Rafael Qrossi X hesabında yazıb.

“Tezliklə siyasi və texniki görüşlərin keçiriləcəyi Tehrana səfər edəcəyəm”, – o bildirib.

Qeyd edək ki, bundan əvvəl Qrossi Tehranı MAQATE ilə qeyri-kafi əməkdaşlığa görə tənqid edib. Qrossi deyib ki, İran hələ də öz müəssisələrindəki uran izlərinin mənşəyini izah etməyib.

Teqlər: