MAQATE Pxenyana xəbərdarlıq etdi

MAQATE Pxenyana xəbərdarlıq etdi

Beynəlxalq Atom Enerjisi Agentliyi (MAQATE) Şimali Koreyanı nüvə proqramı üzrə öhdəliklərini yerinə yetirməyə çağırıb.

AzerTimes xəbər verir ki, bunu MAQATE-nin baş direktoru Rafael Qrossi deyib.

“KXDR-in nüvə proqramını davam etdirməsi BMT Təhlükəsizlik Şurasının müvafiq qətnamələrinin açıq şəkildə pozulmasıdır. Pxenyanı müvafiq qətnamələr əsasında üzərinə götürdüyü öhdəliklərə əməl etməyə, Nüvə Silahının Yayılmaması Müqaviləsinə dair sazişi tam və səmərəli şəkildə həyata keçirməyə çağırıram. MAQATE KXDR-in nüvə proqramının yoxlanılmasında mühüm rol oynamağa hazırdır”, – o bildirib.

Teqlər: