İran JCPOA-da (Birgə Hərtərəfli Fəaliyyət Planı) üzərinə götürdüyü öhdəliklərinin çoxunu yerinə yetirməyib.
AzerTimes xəbər verir ki, bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin baş direktoru Rafael Qrossi MAQATE-nin Rəhbərlər Şurasının iclası çərçivəsində keçirdiyi mətbuat konfransında deyib.
“İran JCPOA-dakı öhdəlikləri ilə bağlı bir çox aspektləri həyata keçirmir və bu məsələ MAQATE üçün məhdudiyyətlər yaradıb”, – Qrossi qeyd edib.