Azərbaycanla münasibətlərin normallaşdırılması çərçivəsində gərgin diplomatik iş davam edir.
AzerTimes xəbər verir ki, bunu Ermənistan parlamentinin hakim “Mülki müqavilə” fraksiyasının üzvü Gevorq Papoyan deyib.
Papoyan Ermənistanın mövqeyinin beynəlxalq tərəfdaşlar tərəfindən “tam başa düşüldüyünü” bildirib.
Erməni deputatın sözlərinə görə, mövcud olan hadisələr tərəflərə sülh müqaviləsi imzalamaq imkanı verir.
“Təbii ki, maneələr var. Yoxsa müqavilə bu gün imzalana bilərdi”, – Papoyan bildriib.