Mançester Yunayted qalib oldu

Mançester Yunayted qalib oldu

Futbol üzrə Avropa Liqasında 2016-2017 mövsümünün qalibi müəyyənləşib. Bu, İngiltərənin “Mançester Yunayted” klubudur.

Joze Mourinyonun baş məşqçisi olduğu komanda İsveçin paytaxtı Stokholmdakı “Friends Arena”da keçirilmiş final oyununda Hollandiya “Ayaks”ına 2:0 hesabı ilə qalib gəlib. Qolları Pol Poqba və Henrik Mxitaryan vurub.

Bu qələbə sayəsində “Mançester Yunayted” gələn mövsüm Çempionlar Liqasının qrup mərhələsində iştirak hüququ qazanıb.