Futbol üzrə İngiltərə Premyer Liqasının üçüncü turunun son oyunu keçirilib.
AzerTimes xəbər verir ki, “Mançester Yunayted” klubu öz meydanında “Liverpul”u qəbul edib.
Oyun meydan sahibi komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
“Mançester Yunayted”in heyətində qolları Ceydo Sanço (16-cı dəqiqə), Markus Reşford (53), “Liverpul”un heyətində isə Məhəmməd Salah (81) vurublar.
Qeyd edək ki, 3 turdan sonra “Mançester Yunayted” 3 xalla 14-cü pillədə, “Liverpul” isə 2 xalla 16-cı pillədə qərarlaşıb.