UEFA Avropa Liqasında yarımfinal mərhələsinin cavab oyunları keçirildi və bununla da Stokholmdakı final matçına yollanacaq futbol klubları müəyyənləşib.
Əslində, həlledici qarşılaşmada üz-üzə gələcək komandalar böyük ölçüdə bəlli idi. Belə ki, ilk görüşlərə əsasən “Mançester Yunayted” və “Ayaks”ın finala çox yaxın olduğunu söyləmək olardı.
Gümanlar özünü doğruldub. İlk oyunda səfərdə “Ayaks”a 4:1 hesabı ilə məğlub olan “Lion”u doğma meydandakı 3:1 də xilas etməyib. Hollandiyalılar azlıqda qalsalar da, sona qədər əzmkarlıqlarını qoruyaraq finala çıxıblar.
“Ayaks” bu nəticə ilə 1995-96 mövsümündən, yəni 21 ildən sonra ilk dəfə avrokubokların finalında oynamağa haqq qazanıb.
“Selta” üzərində İspaniyada 1:0 hesablı qələbə qazanan “Mançester Yunayted” isə bu dəfə rəqibini “Old Trafford”da qəbul edib. Hər iki komandanın qırmızı vərəqə ilə cəzalandığı oyunda bərabərlik qeydə alınıb – 1:1. Çətinliklə də olsa, rəqibini keçməyi bacaran “Mançester Yunayted” finala üksələn ikinci komanda olub.
UEFA Avropa Liqası
Yarımfinal mərhələsi, ilk oyunlar – 11 may – Nəticələr:
“Mançester Yunayted” (İngiltərə) 1:1 “Selta” (İspaniya)
Qollar: Fellaini, 17 – Ronkalya, 85
Baş hakim: Ovidiu Hateqan (Rumıniya)
Mançester. “Old Trafford” stadionu
İlk oyun – 1:0
“Lion” (Fransa) 3:1 “Ayaks” (Hollandiya)
Qollar: Lakazette, 45, 45+1, GezzaL .81 – Dolberq, 27
Baş hakim: Şimon Marçinyak (Polşa)
Lion. “Stad de Luymer”
İlk oyun – 1:4