“Mançester Siti”nin prezidenti Super Liqada iştirakına görə təəssüf edib

İngiltərənin “Mançester Siti” futbol klubunun direktorlar şurasının sədri Xaldun əl-Mübarək komandanın Superliqadakı iştirakı üçün azarkeşlərdən üzr istəyib.

AzerTimes-ın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə klubun mətbuat xidməti məlumat verib.


X.Əl-Mübarək deyib: “Super Liqada iştirak etmək səhv idi. Geriyə baxanda qərarın əvvəldən verilməli olduğunu düşünürəm: bu liqaya qatılmamaq qərarını. Buna təmami peşmanam. Qəbul edilən qərar üçün tam məsuliyyəti öz üzərimə aliram və Super Liqaya qatılmanın bir səhv olduğunu bir daha vurğulamaq istəyirəm”.

Teqlər: