UEFA Çempionlar Liqasında ikinci finalçının da adı məlum olub.
AzerTimes xəbər verir ki, yarımfinalın ilk qarşılaşmasında İspaniyada “Real Madrid”lə 1:1 hesablı heç-heçə edən “Mançester Siti” cavab matçında rəqibini 4-0 məğlub edib. Bununla Mançester təmsilçisi finalda İtaliya “İnter”inə rəqib olub.
Qeyd edək ki, final qarşılaşması iyunun 10-da Türkiyənin İstanbul şəhərindəki Atatürk Olimpiya Stadionunda baş tutacaq.