Bu gün İngiltərə Premyer Liqasının 15-ci turu çərçivəsində “Mançester Siti” “Uotford”un qonağı olub.
AzerTimes-ın məlumatına görə, oyun qonaqların 1:3 hesablı qələbəsi ilə yükunlaşıb.
“Mançester Siti”nin heyətində qolları Rəhim Sterlinq (4-cü dəqiqə) və Bernardu Silva (31 və 63) vurublar. Meydan sahibi komandasının yeganə qolunu isə 74-cü dəqiqədə Kuço vurub.
Bu oyundan sonra xallarının sayını 35-ə çatdıran “Mançester Siti” 34 xalla birinci yerdə olan “Liverpul”u geridə qoyaraq liderliyə yüksəlib.