İngiltərə kubokunda ilk finalçının adına aydınlıq gəlib.
AzerTimes xəbər verir ki, bu, “Mançester Siti” olub. “Şəhərlilər” turnirin yarımfinalında “Çelsi” ilə qarşılaşıblar. Xosep Qvardiolanın komandası London təmsilçisini 1:0 hesabı ilə məğlub edib. Yeganə qolu isə 84-cü dəqiqədə Bernardo Silva vurub.
“Mançester Siti” İngiltərə kubokunun finalında “Koventri Siti” – “Mançester Yunayted” cütünün qalibi ilə qarşılaşacaq.