Azərbaycan Dövlət İqtisad Universitetinin (UNEC) “Blumberq” Maliyyə Laboratoriyası 2024-cü il üçün manatın məzənnəsi ilə bağlı proqnozu açıqlayıb.
Bu barədə AzerTimes-a UNEC-dən məlumat verilib.
UNEC-in proqnozuna görə, Mərkəzi Bankın son hərraclarında dollara olan tələbin azalması və rəsmi rezerv ehtiyatının artaraq, 11613 milyon dollara çatması 2024-cü ildə manatın məzənnəsinə təhdid olmadığını göstərir.