Manat ucuzlaşa bilərmi? – Ekspert

Manat ucuzlaşa bilərmi? – Ekspert

Dollar 2002-ci ildən bəri ilk dəfə avroya bərabər olub. Yaxın gələcəkdə ABŞ valyutasının avrodan baha olacağı güman olunur. Bəs bu proses manata təsir edə bilərmi?

Məsələylə bağlı AzerTimes-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli deyib ki, Azərbaycanda manatın ucuzlaşması gözlənilmir:

“Bununla bağlı təhlükə yoxdur. Neftin qiyməti 100 dollar və daha yüksəkdirsə, manatın ucuzlaşmasından söhbət gedə bilməz. Manat inzibati qaydada tənzimləndiyinə görə dünyada baş verən proseslər ona birbaşa təsir göstərmir. Ona görə də neftin qiymətinin yüksək olduğu dövrlərdə manat ucuzlaşmayacaq”.

Teqlər: