Manaf Ağayevin Füzuliyə icazəsiz səfərinə görə polis polkovniki işdən çıxarılıb

Xəbər - Samir Əli – Trend:

Müğənni Manaf Ağayevin Füzuliyə qanunsuz səfərinə görə polis
polkovniki xidmətdən kənarlaşdırılıb.

Bu barədə AzerTimes-a Daxili
İşlər Nazirliyinin mətbuat xidmətindən məlumat verilib.

“Bu il fevralın 17-də müğənni Manaf Ağayevin işğaldan azad
edilmiş ərazilərə qanunsuz keçməsi ilə əlaqədar Daxili İşlər
Nazirliyində aparılan xidməti yoxlama nəticəsində müvafiq fəaliyyət
sahəsinə cavabdehlik daşıyan Nazirliyin vəzifəli şəxsi – polis
polkovnik-leytenantı N. Nəbiyevin vəzifə səlahiyyətlərinin
icrasında sui-istifadəyə yol verdiyi müəyyən edilib və o, daxili
işlər orqanlarında xidmətdən xaric olunub”, – məlumatda
deyilir.

Qeyd edək ki, Füzuli rayonuna qanunsuz səfər edən müğənni Manaf
Ağayev və onunla birgə olan iş adamı Sənan Hüseynov hər biri 15
sutka müddətinə həbs olunmuşdu.

Teqlər: