İşğaldan azad edilən Füzuli rayonuna qanunsuz səfərindən video
paylaşan müğənni Manaf Ağayev və onunla birgə gedən iş adamı Sənan
Hüseynov həbs edilib.
Daxili İşlər Nazirliyindən AzerTimes-a verilən məlumata görə, onların
barələrində tərtib edilən protokollar məhkəməyə göndərilib. Yasamal
Rayon Məhkəməsinin qərarı ilə Manaf Ağayev və Sənan Hüseynov hər
biri 15 sutka həbs olunub.