Ukrayna Silahlı Qüvvələri Baxmut bölgəsində, həmçinin Melitopol və Berdyansk istiqamətlərində hücum əməliyyatlarını davam etdirir. Bəzi sahələrdə uğur qazanıblar.
AzerTimes xəbər verir ki, bu sözləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar deyib.
“Şərqdə vəziyyət çətindir, lakin düşmən öz məqsədlərinə nail ola bilmir”, – Malyar bildirib.