Malta peyvənd olunmamış şəxslərin ölkəyə girişini qadağan etmək planından imtina edib

Malta hakimiyyəti koronavirusa (COVID-19) qarşı peyvəndlənməmiş səyahətçilərin ölkəyə girişini qadağan etmək planlarını ləğv edib.

AzerTimes-ın “İnterfaks”a istinadən verdiyi xəbərə görə, bu barədə “Times of Malta” məlumat yayıb.

Hökumətin rəsmi məlumatında bildirilir: “Maltaya Aİ (Avropa İttifaqı – red.) ölkələrindən, həmçinin Avstraliya, Andorra, Vatikan, İsrail, Kanada, Çin, Monako, Yeni Zelandiya, San-Marino və Sinqapurdan peyvənd sertifikatı olmadan gələn şəxslər məcburi təcriddən keçməli olacaqlar”.

Daha əvvəl Malta rəhbərliyi ölkədəki yoluxma sayının kəskin artması səbəbi ilə koronavirusa qarşı peyvənd olunmayanların ölkəyə girişini qadağan etmişdi.