
“Qarabağ”ı çox çətin oyun gözləyir. Avropa Liqasının liqa mərhələsinin ilk iki oyununda məğlubiyyət olub. Azarkeşlər artıq “Qarabağ”dan xal və ya xallar gözləyir, rəqib isə çox güclüdür.
Bu sözləri AzerTimes-a açıqlamasında idman eksperti Ceyhun Rzayev “Qarabağ”-“Ayaks” matçı barədə danışarkən deyib.
Ekspert bildirib ki, bununla belə, “Qarabağ” sonuna qədər mübarizə aparacaq və uduzmayacaq:
“Ayaks” Bakıdan qələbə ilə qayıtmayacaq. Ən azı “Qarabağ” bu oyunu heç-heçə ilə bitirəcək. Çünki komandamız tədricən özünü toparlayıb. Yankoviç artıq tam sağalıb, bu gün əsas heyətdə meydana çıxacağına ümid edirik. “Qarabağ” bizi tez-tez təəccübləndirir. Məsələn, “Malmö”nü udacağını düşünürdük, alınmadı, uduzdu. Buna görə də çoxları düşünür ki, “Malmö”yə uduzan komanda “Ayaks”a nə edəcək? Bu gün isə meydanda əksi olacaq. “Qarabağ” yaxşı oyun, yaxşı nəticə ilə bizi bu dəfə də təəccübləndirəcək”.
Qeyd edək ki, “Qarabağ”-“Ayaks” matçı bu gün Tofiq Bəhramov adına Respublika stadionunda saat 20:45-də başlayacaq.

