“Malmö”də ciddi itki: “Qarabağ”a qarşı oynaya bilməyəcək

“Malmö”də ciddi itki: “Qarabağ”a qarşı oynaya bilməyəcək

UEFA Avropa Liqasının Liqa mərhələsində “Malmö” klubunun hücumçusu Sead Hakşabanoviç “Qarabağ”a qarşı oynaya bilməyəcək.

AzerTimes xəbər verir ki, bu barədə İsveç klubunun mətbuat xidməti məlumat yayıb.

Hakşabanoviç zədə səbəbindən mövsümü erkən başa vurub.

Qeyd edək ki, “Qarabağ” “Malmö” ilə UEFA Avropa Liqasının Liqa mərhələsinin II turunda, oktyabrın 3-də Bakıda üz-üzə gələcək.

Teqlər: