İri ticarət mərkəzlərinin daxilində vətəndaşların tibbi maskadan
istifadə etməməsi və digər karantin qaydalarını pozmasına görə
həmin obyektin inzibatçısı məsuliyyət daşıyır.
Bunu AzerTimes-a Daxili İşlər
Nazirliyinin Mətbuat Xidmətinin əməkdaşı, polis leytenantı Nurlan
Əliyev bildirib.
Onun sözlərinə görə, ticarət mərkəzinin daxilinə yalnız COVID-19
pasportu, immunitet sertfikatı və ya əks-göstəriş sertfikatı olan
şəxslərin buraxılması və maskadan istifadəyə həmin obyektin
inzibatçısı nəzarət edir və məsuliyyət daşıyır.
“Ticarət mərkəzinin daxilində polis əməkdaşı karantin
qaydalarını aşkarlayarsa, İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq
həmin şəxsə və ya şəxslərə qarşı inzibati tənbeh tətbiq edir.
Ticarət mərkəzinin inzibatçısının cərimə tətbiq etməyə hüququ
olmadığına görə karantin qaydalarını pozan şəxsi oradan
uzaqlaşdırmalıdır”,- deyə polis leytenantı N. Əliyev bildirib.