Malik Ələkbərov Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsindən azad edilib.
AzerTimes xəbər verir ki, bu barədə Nazirlikdən Report-a məlumatı təsdiqləyiblər.
Bildirilib ki, dövlət başçısının fərmanı ilə Ədliyyə Nazirliyində struktur dəyişikliyi həyata keçirilib:
“Bununla əlaqədar Malik Ələkbərov vəzifəsindən azad edilərək sərəncama götürülüb”.
Qeyd olunub ki, Ədliyyə Nazirliyinin Cəzaların İcrasına Nəzarət Baş İdarəsinin rəisi vəzifəsinin icrası İlham Abasquliyevə həvalə edilib.