Terrorçuların Malidə hərbi bazaya hücumu nəticəsində azı 27
nəfər həlak olub.
Trend xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə məlumatı
Mali SQ mətbuat xidməti yayıb.
Qeyd olunur ki, yüzlərlə yaraqlı Malinin mərkəzindəki Mondoro
şəhəri yaxınlığında hərbi bazaya hücum edib. Nəticədə 27 hərbçi
həlak olub, daha 33 nəfər müxtəlif dərəcəli bədən xəsarətləri alıb.
Yeddi əsgər itkin düşüb.
Hadisə zamanı 47 terrorçu yerindəcə məhv edilib, daha 23
terrorçu təmizləmə əməliyyatı zamanı neytrallaşdırılıb.