Malıbəyli məscidinin qalıqları aşkar edildi

Malıbəyli məscidinin qalıqları aşkar edildi

“Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nın yerinə yetirlməsində AMEA Tarix İnstitutunun vəzifələrinin icrası üçün yaradılan işçi qrupunun fəaliyyəti nəticəsində Rusiya sülhməramlılarının nəzarəti altında olan Malıbəyli kəndindəki məscidin xarabalığı aşkar edilib.

Bu barədə AzerTimes-aTarix İnstitutunun əməkdaşı Faiq İsmayılov məlumat verib. Qeyd edilib ki, Malıbəyli məscidi Şuşa rayonunun ərazisində yerləşir. Malıbəyli kəndi Qarqarçayın sahilində, Şuşa şəhərindən 15 kilometr cənubda, dağətəyi ərazidə yerləşir. Xankəndi şəhərindən avtomobil yolu ilə 2,5 kilometr, Şuşadan 18, Ağdamdan isə 51 kilometr məsafədədir.

“1912-ci ildə nəşr olunmuş Qafqaz təqvimi jurnalında yazılıb ki, Yelizavetpol quberniyasının Şuşa qəzasına aid olan Malıbəyli kəndinin əhalisi 1060 nəfər təşkil edir, onların hamısı tatar kimi qeyd olunan azərbaycanlılardan ibarətdir. 1921-ci ildə aparılmış siyahıyaalmanın nəticələrinə əsasən, kənddə 942 nəfər yaşayırdı və onların hamısı azərbaycanlı idi. 1986-cı ildə aparılmış siyahıyaalmanın nəticələrinə görə kənddə 1224 nəfər yaşayırdı və onların hamısı azərbaycanlılardan ibarət idi.

Azərbaycan Respublikasının Şuşa rayonunun Malıbəyli kəndi 1992-ci il fevralın 11-dən 2020-ci il noyabrın 10-dək Ermənistanın işğalı altında olub. İkinci Qarabağ müharibəsinin nəticələrinə əsasən imzalanmış 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanata uyğun olaraq Malıbəyli kəndi Rusiya sülhməramlı qüvvələrinin nəzarəti altındadır.

Teqlər: