Malayziyanın qərbində baş verən daşqınlar nəticəsində 10 nəfər itkin düşüb.
AzerTimes-ın “BERNAMA” agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Pahanq ştatının Yanğın və Xilasetmə İdarəsindən bildiriblər.
Məlumata əsasən, itkin düşənlər arasında 6 yaşlı uşaq da var. Hazırda daşqınlar artıq ölkənin 8 ştatına, həmçnin paytaxt regionuna çatıb. Daşqınlarla bağlı ən pis vəziyyət Selanqor ştatında müşahidə edilir.
Bildirilir ki, daşqınların təsirinə məruz qalmış ərazilərdən 41 mindən artıq sakin təxliyə edilib.
Ölkənin baş naziri İsmayıl Sabri Yakob humanitar yardımın göstərilməsi üçün Silahlı Qüvvələrin və polisin əlavə bölmələrinin hadisə yerlərinə göndərilməsini tapşırıb.