Malayziya Senatının sədri Mutang Tagal Azərbaycana səfər edəcək.
AzerTimes xəbər verir ki, bunu Report-a açıqlamasında Malayziyanın Azərbaycandakı səfiri Əhməd Kamrizamil Bin Mohd Rza deyib.
Səfir səfərin aprelin sonunda baş tutacağını bildirib.
“2023-cü ildən etibarən iki ölkə arasında qarşılıqlı mühüm səfərlər olub. Aprelin sonunda Malayziya Senatının sədri Azərbaycana gələcək. Senat sədrinin rəhbərlik edəcəyi nümayəndə heyəti 9 nəfərdən ibarət olacaq”, – diplomat qeyd edib.