Dünən Malatya şəhərində 5.6 bal gücündə baş verən zəlzələ nəticəsində ölənlərin sayı 2-yə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə AFAD məlumat yayıb.
Məlumata görə, bu gün Bedih Kış adlı şəxsin meyiti dağıntılar altından çıxarılıb.
Qeyd edək ki, dünən baş verən zəlzələ nəticəsində Malatyada 29 bina dağılmış, 110 nəfər isə yaralanmışdı.