Malaşenko İrəvanı şoka saldı: Ruslar Qarabağdan çıxır

Malaşenko İrəvanı şoka saldı: Ruslar Qarabağdan çıxır

Kreml Nikol Paşinyanı son hadisələrə görə yenidən cəzalandıracaq. Bu, konkret olaraq Azərbaycan lideri İlham Əliyevlə görüş öncəsi baş tutacaq. Moskvanın bir neçə gün öncə İrəvana ünvanladığı notanı yada salın…

AzerTimes xəbər verir ki, bu sözləri Ermənistan telekanalının efirində yayımlanan “İcmal” verlişi zamanı rusiyalı politoloq Aleksey Malaşenko deyib.

“Gözlənilən danışıqlar bir sıra siyasi addımlardan sonra baş tutacaq. Birincisi, Moskvanın bu günlərdə İrəvana göndərdiyi notanın fəsadları. Bu, ciddi bir faktdır və ikitərəfli münasibətlərdə müəyyən atmosfer, həmçinin bu səviyyədə danışıqlardan əvvəl müəyyən əhval-ruhiyyə yaradır. Bunun fəsadlarını Nikol Paşinyan görüşdən öncə hiss edəcək.

İkincisi, bundan əvvəlki görüşlər və bəzi istiqamətlər üzrə irəliləyiş konkret olaraq Brüsseldə baş vermişdi. Moskva prossesi köklü dəyişmək niyyətindədir. Görüşün gündəliyində hansı məsələləri müzakirə edəcəyini söyləmək çətindir, çünki ciddi prosseslər gedir…

Üçüncü və ən vacib məsələ isə sülhməramlıların Qarabağdan çıxalmasıdır. Göründüyü kimi, Brüssel Bakı və İrəvan arasında gərginliyin azalmasına nail ola bilir, Kreml isə tam olaraq Ukraynaya diqqətini yönəldib. Beləliklə, sülhməramlıların Qarabağdan çıxalması mövzusu hər zamankından daha çox real görünür”, – deyə o qeyd edib.

Teqlər: