Maksim Qalkinə 7 il həbs cəzası veriləcək

Maksim Qalkinə 7 il həbs cəzası veriləcək

Müharibəni pislədiyinə görə Rusiyanın Birinci kanalından qovulan və İsrailə gedən Maksim Qalkinə qarşı cinayət işi açılıb.

AzerTimes xəbər verir ki, bu barədə rusiyalı deputat Roman Xudyakov məlumat verib.

Onun sözlərinə görə, Qalkin Türkiyədə saxlanılaraq Rusiyaya təhvil verilə bilər:

“Bütün deyilənləri və ictimai etirazları nəzərə alsaq, Maksim Qalkinə hökm çıxarılana qədər istintaq təcridxanasında keçirəcəyi müddət istisna olmaqla, təxminən 7 il həbs cəzası veriləcək”.

O, Rusiya ordusu haqqında qondarma saxta məlumatlar yaymaqda ittiham olunur.

Teqlər: