“Red Bull” komandasının niderlandlı pilotu Maks Ferstappen
Mayami Qran-prisində “Formula 1” üzrə dünya çempionatının beşinci
raundunda qalib gəlib.
Trend xəbər
verir ki, yarış bazar günü baş tutub.
İkinci və üçüncü yerləri müvafiq olaraq “Ferrari” komandasının
pilotları – Monakolu olan Çarlz Lekler və ispaniyalı Karlos Sayns
tutublar.
“Formula 1” tarixində Mayami Qran-prisi ilk dəfə keçirilib.