Maks “Amerika” partiyası təklif etdi – Sorğunun cavabı…

Maks “Amerika” partiyası təklif etdi – Sorğunun cavabı…

“Tesla” və “SpaceX”in sahibi, amerikalı iş adamı İlon Mask ABŞ Prezidenti Donald Trampla arasında yaranmış gərginlikdən sonra “Amerika Partiyası” adlı yeni siyasi partiyanın yaradılması ideyasını ictimaiyyətlə bölüşüb.

AzerTimes xəbər verir ki, o, bu barədə X sosial şəbəkə hesabında paylaşım edib.

“ABŞ-da həqiqətən 80 faizi təmsil edən yeni bir siyasi partiya yaratmağın vaxtı çatıbmı?” – deyə Mask X hesabında sorğu yerləşdirib.

Sorğuda iştirak edənlərin 80,4 faizi Maskın sualına “hə”, 19,6 faizi isə “yox” cavabını verib.

“Xalq danışdı. ABŞ-da 80 faizi təmsil edəcək yeni bir siyasi partiyaya ehtiyac var və insanların düz 80 faizi buna razıdır. Bu, qismətdir”, – Mask əlavə olaraq qeyd edib.

Teqlər: