Makronun Ukraynaya 3 şərti…

Makronun Ukraynaya 3 şərti…

Fransa Prezidenti Emmanuel Makron Kiyevə tankları 3 şərtlə verə biləcəyini deyib: tankların verilməsi eskalasiyaya (?!) səbəb olmamalıdır; tanklar Ukraynanın müdafiə qüdrətini real şəkildə artırmalıdır; Ukraynaya verilən tanklar Fransanın müdafiə qabiliyyətini aşağı salmamalıdır.

AzerTimes xəbər verir ki, bu sözləri politoloq Elxan Şahinoğlu qeyd edib.

O bildirib ki, bu, Fransanın Ukraynaya tank vermək istəməməsi anlamına gəlir:

“Almaniya kansleri Olaf Şolts da Ukraynaya tank verməyi uzadır. Paris və Berlin Ukrayna müharibəsini ABŞ-a yükləmək istəyirlər, yəni Kiyevə nə hərbi texnika veriləcəksə, Vaşinqton qabağa düşsün. Vaxtilə Avropanın göbəyindəki Bosniya müharibəsini də ABŞ-a yükləmişdilər, Deyton sazişi olmasaydı, Paris və Berlin seyr etməkdə davam edəcəkdi. İndi də Paris və Berlin bir tərəfdən Rusiyanı qınayır, o biri tərəfdən Ukrayna torpaqlarının işğalı hesabına Kremllə barışıq gününü gözləyirlər”.

Teqlər: