Makronun “Uber”lə gizli sövdələşməsi üzə çıxdı

Makronun “Uber”lə gizli sövdələşməsi üzə çıxdı

Fransa Prezidenti Emmanuel Makronun ABŞ-ın “Uber” şirkəti ilə gizli razılaşması olub.

AzerTimes xəbər verir ki, bu barədə “Fransa” radiosu (Radio France) parlament komissiyasının hesabatına istinadən məlumat yayıb.

“Uber” hökumətin ən yüksək səviyyələrində müttəfiqlər tapıb. “Uber”, Makron və onun kabineti üzvləri arasında təmasların intensivliyi qeyri-şəffaf, lakin imtiyazlı bir əlaqəyə dəlalət edir. Bu isə sistemimizin şəxsi maraqların ictimai qərarlara təsirini qiymətləndirmək və qarşısını almaqda acizliyini göstərir”, – məlumatda deyilir.

Qeyd olunur ki, Makron iqtisadiyyat naziri olduğu müddətdə onunla “gizli sövdələşmə” sayəsində “Uber” qanuni olaraq xidmət üçün sürücü hazırlığı saatlarını 250-dən 7-ə endirə bilib:

“Hesabatda vergi idarəsinin şirkətin ofislərində axtarış apardığı bir vaxtda “Uber” nümayəndəsinin Makrona mesaj göndərdiyi hal da qeyd edilib. “Uber” lobbisi Mark Makqan Makronun prezidentlik kampaniyasını maliyyələşdirməyə kömək edib. Makron nazir vəzifəsində çalışarkən Fransa polisinin 2015-ci ildə Marselin mərkəzində xidmətini dayandırdığı “Uber”ə kömək edib. O zaman “Uber” nümayəndəsi Makronla əlaqə saxlayıb, gələcək Fransa prezidenti bu məsələ ilə şəxsən məşğul olacağına söz verib”.

Teqlər: