Bu gün iki dəfə huşumu itirdim. Qaribaşvili (Gürcüstanın baş naziri – red.) Münhendə dedi ki, avropalı həkimlərə icazə verəcək və bu, 10 gün uzanacaq, amma bacardığım qədər mübarizə aparacam.
AzerTimes xəbər verir ki, bunu Gürcüstanın eks-prezidenti Mixail Saakaşvili bildirib.
“Çox şey baş verir. Fransa Prezidenti Böyük Britaniyanın Baş naziri ilə birgə keçirdiyi brifinqdə qeyd-şərtsiz azadlığa buraxılmağımı tələb etdi. Bu, tamamilə görünməmiş demarşdır”, – M.Saakaşvili qeyd edib.