Makronun sözü ilə əməli üst-üstə düşmür – Deputat

Makronun sözü ilə əməli üst-üstə düşmür – Deputat

Emmanuel Makron Əlcəzairə səfərində belə fikir səsləndirmişdi ki, kolonializm dünyanın ən böyük dəhşətlərindən biridir. Ancaq biz bu gün Fransa Prezidentinin dedikləri ilə əməllərinin üst-üstə düşmədiyini görürük.

AzerTimes xəbər verir ki, bunu Milli Məclisin deputatı Şahin İsmayılov parlamentdə təşkil olunan “Yeni Kaledoniya: Tarix, müasir çağırışlar və gözlənilən gələcək” mövzusuna həsr edilmiş konfransda deyib.

O vurğulayıb ki, Azərbaycan 44 günlük Vətən müharibəsində qazandığı qələbə ilə dövlətlərin böyüklüyünün onların ərazilərinin genişliyi ilə əlaqəli olmadığını bütün dünyaya göstərib.

Deputat Yeni Kaledoniyanın müstəqillik əldə edəcəyinə ümidvar olduğunu bildirib.

Teqlər: