Fransa Prezidenti Emmanuel Makronun Braziliya Prezidenti Lula da Silva ilə romantik fotoları internetdə böyük səs-küyə səbəb olub.
AzerTimes xəbər verir ki, Fransanın nüfuzlu nəşrləri bu fotolarla bağlı yazılar dərc edib.
Sosial şəbəkə istifadəçiləri də fotonu həddən çox səmimi olduğunu bildiriblər. Bəzi şərhlərdə “onlar Amazonda evlənəcəklər və bal ayı Parisdə olacaq” kimi fikirlər də yer alıb.
Sözügedən fotolar ötən gün Emmanuel Makronun Braziliyaya üçgünlük səfəri zamanı çəkilib.
Fotoşəkildə iki dövlət başçısının qayıqda əl-ələ tutması əks olunub.
“Quardian” yazıb: “Rəsmi fotoşəkillər beynəlxalq diplomatiyadan daha çox romantik bir qaçış idi”.
Makron X hesabında sosial media istifadəçilərinə cavab verməli olub:
“Bəziləri mənim Braziliyaya səfərimdə çəkilən fotoları toy fotolarına bənzətdi. Mən onlara deyirəm ki, bəli, belə olub. Fransa Braziliyanı, Braziliya isə Fransanı sevir”.