Makronun “sığındığı” Papazyan İrəvana buraxılmır

Makronun “sığındığı” Papazyan İrəvana buraxılmır

Fransa Erməni Təşkilatlarının Koordinasiya Şurasının həmsədri Murad Papazyan Ermənistanda “arzulanmaz şəxs” elan olunmasına qarşı mübarizə aparır.

AzerTimes xəbər verir ki, bu barədə o özü sosial şəbəkə hesabında yazıb.

Papazyan bildirib ki, 2022-ci il iyulun 14-də Ermənistana gedərkən MTX ölkəyə girişinə izn verməyib və onu deport edib. Bundan sonra o, məhkəməyə müraciət edib.

Erməni diaspor rəhbərinin sözlərinə görə, 4 sentyabr 2023-cü ildə keçirilən məhkəmədə hakim Ermənistan MTX-ya deportun səbəblərini təqdim etmək üçün 14 gün vaxt versə də, nəticə yoxdur.

Hazırda hakim dəyişib, proses 23 noyabra təyin edilib.

Papazyan məhkəmədə videogörüntü vasitəsilə iştirak edir.

Qeyd edək ki, Makron Qarabağı Azərbaycanın tərkib hissəsi kimi tanıdığı üçün Paşinyana əsəbiləşmiş, “Azərbaycana təsir etməyə çalışan yeganə şəxs olmasından”, Ermənistan baş nazirinin onu əsəbiləşdirməsindən məhz Papazyana şikayət etmişdi.

Teqlər: