Makronun səfəri tarixi hadisədir – Tokayev

Makronun səfəri tarixi hadisədir – Tokayev

Fransa Prezidenti Emmanuel Makronun Qazaxıstana səfəri tarixi hadisədir.

AzerTimes xəbər verir ki, bunu Qazaxıstan Prezidenti Qasım-Jomart Tokayev bu ölkəyə səfərə gələn Fransa Prezidenti Emmanuel Makronla görüşündə deyib.

“Qazaxıstanla Fransa arasında əməkdaşlıq dinamik inkişaf edir, lakin buna əlavə təkan vermək lazımdır. Ona görə də səfərinizi tarixi, çox əhəmiyyətli adlandıra bilərik. Əminəm ki, bugünkü danışıqlar məhsuldar olacaq”, – Tokayev bildirib.

Tokayevin sözlərinə görə, Fransa Qazaxıstanın Avropa Birliyində əsas və etibarlı tərəfdaşı olmaqla yanaşı, ölkə iqtisadiyyatının ən böyük investorlarından biridir.

Teqlər: