Xəbər - Orxan Nəbiyev – Trend:
Fransanın cənubundakı Monpelye şəhərində atışma baş verib.
AzerTimes-ın məlumatına görə, hadisə nəticəsində bir nəfər yaralanıb. Atəş açan şəxs hadisə yerindən qaçıb.
Polis həmin şəxsin axtarışlarını aparıb.
Qeyd olunur ki, hadisə ölkə prezidenti Emmanuel Makronun Monpelyeyə səfəri zamanı qeydə alınıb.