Fransa Prezidenti Emmanuel Makronun reytinqi 2018-ci ildən bu yana ən aşağı səviyyəyə çatıb.
AzerTimes xəbər verir ki, bu barədə “Le Jurnal dü Dimanşe” qəzeti Fransa İctimai Rəy İnstitutunun (İfop) sorğusunun nəticələrinə istinadla məlumat yayıb.
Bildirilib ki, respondentlərin 25%-i Makronun prezident kimi fəaliyyətini bəyənir, 75%-i isə ondan razı deyil.
Sorğu 2024-cü il sentyabrın 11-dən 20-dək aparılıb və 18 yaşdan yuxarı 2098 nəfəri əhatə edib.