Fransa Prezidenti Emmanuel Makronun reytinqi 28%-ə düşüb.
AzerTimes xəbər verir ki, bu barədə “Journal du Dimanche” məlumat yayıb.
“Makronun pensiya yaşının artırılması ilə bağlı qərarına görə onun reytinqi aşağı düşüb.
Artıq onu dəstəkləyən fransızların sayı azalır.
Makronun populyarlıq reytinqi mart ayında 28%-ə düşüb. Bu, 2019-cu ilin əvvəlindən, sarı jilet böhranının bitməsindən bəri ən aşağı səviyyədir”, – məlumatda deyilir.