Fransa Prezidenti Emmanuel Makrona ictimai etimad 25 faizə düşüb ki, bu da 2022-ci ildən bəri ən aşağı səviyyədir.
AzerTimes xəbər verir ki, bu barədə “Les Echos” qəzeti “Elabe” sosioloji xidmətinin sorğusuna istinadla məlumat yayıb.
Qəzet yazır ki, buna səbəb iqtisadiyyatdakı problemlər və Ukrayna ilə bağlı açıqlamalardır. Həmçinin qeyd edilib ki, Qabriel Attalın Baş nazir vəzifəsinə təyin olunması da etimad reytinqinə heç bir təsir göstərməyib.
Dövlət başçısından ən böyük məyusluğu yaşlı nəslin nümayəndələri (65 yaş və yuxarı) yaşayıb. Apreldə bu qrupdan olan respondentlərin yalnız 27 faizi dövlət başçısına etimadı saxlayıb, martda isə bu göstərici 36 faiz olub.