Makronun Papaya verdiyi kitab oğurluq olub?

Makronun Papaya verdiyi kitab oğurluq olub?

Fransa Prezidenti Emmanuel Makronun Roma Papası Fransiskə hədiyyə etdiyi kitab II Dünya müharibəsində Lvovun işğalı zamanı nasistlər tərəfindən oğurlanmış ola bilər.

AzerTimes xəbər verir ki, bunu keçmiş Polşa diplomatı Robert Pşçel deyib.

“Möhürdə açıq-aydın yazılıb ki, Fransa prezidentinin Roma Papası Fransiskə hədiyyə etdiyi bu kitab Lvovdakı Polşa Universitetinin kitabxanasının mülkiyyəti olub”, – Pşçel bildirib.

Qeyd edək ki, görüş zamanı Makron İmmanuel Kantın 1796-cı ildə yazdığı “Əbədi sülhə doğru” traktatının ilk nəşrlərindən birini Papa Fransiskə verib. Kitabın birinci səhifəsində “Lvovda akademik qiraət zalı” möhürü var. Bundan dərhal sonra internetdə kitabın II Dünya müharibəsi zamanı Lvovun almanların işğalı altında olduğu vaxtlarda oğurlana biləcəyi ilə bağlı fərziyyələr ortaya çıxıb.

Teqlər: