Makronun ofisi təkzib etdi: Putin dəvət edilməyib!

Makronun ofisi təkzib etdi: Putin dəvət edilməyib!

Fransa Prezidenti Emmanuel Makronun administrasiyası müttəfiqlərin Normandiyaya desant çıxarmasının (ikinci cəbhənin açılması – red.) 80-ci ildönümü tədbirinə Rusiyanın dəvət olunmadığını təsdiqləyib.

AzerTimes xəbər verir ki, bu barədə Yelisey sarayı bəyanat yayıb.

“Rusiyadan nümayəndə heyəti olmayacaq. Bunun üçün şərtlər yetişməyib”, – Yelisey sarayından bildirilib.

Qeyd edək ki, APF aprel ayında Rusiyanın da bu mərasimə dəvət edildiyi haqda məlumat yaymışdı. Buna görə makron kəskin tənqidlərlə üzləşmişdi.

Teqlər: