Fransa Prezidenti Emmanuel Makronun “Birlikdə!” (“Ensemble!”) koalisiyası ikinci turda parlamentdə yerlərin mütləq əksəriyyətini ala bilməyib.
AzerTimes xəbər verir ki, bu barədə “Le Monde” qəzeti məlumat yayıb.
Makronun yaratdığı koalisiyaya “İntibah” (əvvəlki “İrəli, Respublika” – reda) Partiyasından əlavə mərkəzçi “Demokratik Hərəkat” Partiyası, sağ mərkəzçi Üfüqlər və Hərəkat partiyaları daxildir. Koalisiya Milli Assambleyada 205-dən 235-ə qədər yer alacaq və bununla da sadə səs çoxluğunu təmin edəcək.
Nəticələrə görə ikinci yerdə 170-dən 190-a qədər mandat alacaq Jan-Lük Melanşonun Yeni Xalq Ekoloji və Sosial Birliyi (“Nupes”), üçüncü yerdə isə Marin Le Penin Milli Birlik Partiyası qərarlaşıb. O, əvvəlkindən 10 dəfə çox, 75-dən 95-ə qədər mandat alıb.
İlkin məlumatlarda seçicilərin 54 faizi bitərəf qalıb. Seçicilər 1 148 namizəd arasından növbəti 5 il üçün parlamentin 577 deputatını seçiblər.