Fransa Prezidenti Emmanuel Makron 23-25 oktyabrda İsveçə nəzərdə tutulan səfərini ləğv edib.
AzerTimes xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb.
Planlaşdırılan səfərin ləğvinin ölkələrdə baş verən son hadisələr və ümumilikdə beynəlxalq vəziyyətlə bağlı olduğu deyilir. Lakin qərarın konkret səbəbləri, eləcə də səfər üçün mümkün yeni tarix qeyd olunmur.
Qeyd edək ki, Makron İsveç kralı XVI Karl Qustavın dəvəti ilə Stokholm və Malmöyə səfər etməli idi.
Onu da əlavə edək ki, ötən gün Brüsseldə futbol üzrə İsveç milli komandasının iki azarkeşi güllələnib.