Makronun irrasional davranışları Fransa daxilindəki siyasi konyukturdan qaynaqlanır – Politoloq

Xəbər - Elçin Mehdiyev – Trend:

Fransa Prezidenti Emmanuel Makronun ermənipərəst mövqeyi heç də onun erməni sevgisindən və ya Ermənistana canıyananlığından irəli gəlmir. Makronun istər müharibə, istərsə də sonrakı dövrdə sərgilədiyi irrasional və ikiüzlü davranışlar Fransa daxilindəki siyasi konyukturdan qaynaqlanır.

Bunu AzerTimes-a politoloq Ceyhun Əhmədli deyib.

O qeyd edib ki, məlum olduğu kimi, 10 aydan sonra Fransada növbəti prezident seçkiləri keçiriləcək: “Makronun reytinqi isə bu gün etibarilə çox aşağıdır. Xatırladım ki, bu yaxınlarda keçirilən regional seçkilərdə Makronun partiyası uğursuz nəticələrlə yadda qaldı. Belə bir məqamda Makron Ermənistana növbəti dəfə səfər etməklə regional seçkilərdə uğursuzluqdan sonra erməni diasporunun dəstəyini qazanmağı hədəfləyir. Həm Makron, həm də Paşinyan hakimiyyətləri yalnız populist vədlər üzərində qurulub. Bu baxımdan, onları ruh əkizləri də adlandırmaq olar. Görünür, Makron populist vədlərlə hakimiyyətdə qalmağı bacaran Nikol Paşinyanın təcrübəsindən istifadə etməkdə niyyətlidir.

Təbii ki, Fransa prezidentinin region turu yalnız İrəvanla məhdudlaşsa, o, həmişəki kimi balansı pozmuş olacaq. Çünki bu mövqe ATƏT-in Minsk qrupunun həmsədri kimi Fransanın mandatı ilə tamamilə ziddiyyət təşkil edir”.

Teqlər: