Makronun iqamətgahı üzərində iki naməlum dron görünüb

Fransa prezidenti Emmanuel Makronun Versaldakı iqamətgahı – Lantern malikanəsi üzərində səmada iki naməlum PUA görünüb.

AzerTimes-ın məlumatına görə, bu barədə Le Parisien qəzeti xəbər verib.

Məlumata əsasən, hadisə yerli vaxtla saat 22:00-dan sonra baş verib.


Pilotsuz uçuş aparatları qonşu Şene şəhəri istiqamətində itib. Jandarmeriya təyyarənin sahibini müəyyən edə bilməyib.