Fransa Prezidenti Emmanuel Makronun hakimiyyətdən uzaqlaşdırılması üçün prosedur başladılıb.
AzerTimes xəbər verirki, bu barədə Əyilməz Fransa Partiyasını təmsil edən parlament fraksiyasının rəhbəri Matilda Pano məlumat verib.
O, Konstitusiyanın 68-ci maddəsinə əsasən respublika prezidentinə qarşı impiçment prosedurunun başladılması haqqında qərar layihəsinin artıq parlament üzvlərinə birgə imza üçün göndərildiyini bildirib. Bu maddə, prezidentin səlahiyyətlərini pozduğu halda onun vəzifəsindən uzaqlaşdırılmasını nəzərdə tutur.